Vətəndaş harada, necə otursun? | “Xaqani” bağındakı özbaşınalığa kim cavabdehdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Səbail rayonunda yerləşən, hər kəsin “Molokan” parkı kimi tanıdığı “Xaqani” bağında insanların istirahət etməsi üçün nəzərdə tutulan yer adı hələ ki məlum olmayan restoran tərəfindən zəbt olunub.
Yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub:
“Hansısa kənar şəxs vətəndaşların istirahəti üçün nəzərdə tutulan yeri məşğul edirsə, həmçinin əhalidən əyləşmək üçün ödəniş tələb edirsə, bu, qanunsuzluqdur. Parkın rəhbərliyi buna qarışmalıdır, hüquq-mühafizə orqanlarının əməkdaşları zəruri tədbirlər görməlidirlər”.
Məsələ ilə bağlı sosioloq Mail Yaqub bildirib ki, ümumi məkanlar biznes istifadəsi üçün ayrıla bilməz:
“Bu biabırçılığa son qoyulmalıdır. Parkda insanların istirahəti üçün məkan ayrılıbsa, həmin ərazi qorunmalıdır, sakinlərin istifadəsinə verilməlidir. Kimsə gəlib şəxsi biznesi üçün istifadə edə bilməz”.
Qeyd edək ki, 2024-cü ilin sentyabrın 14-də ölkə Prezidentinin iştirakı ilə “Xaqani” bağının açılışı olub. Mövcud ərazi genişləndirilib, müasir oturacaqlar quraşdırılıb, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək məhz piyadaların istifadəsinə verilib.
#Səbail rayonu teqi istifadə olunub
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
