Vətəndaşları narazı salan məqam | Eskalatorlar nə vaxt yenilənəcək? - Baku TV
Xətai rayonu, 8 Noyabr prospektində yerləşən piyada keçidində eskalatorların işləməməsi sakinlərin narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, keçiddəki eskalatorlardan biri artıq təxminən iki aydır fəaliyyət göstərmir. Nəticədə, yaşlılar, uşaqlar və digər piyadalar keçiddən istifadə etmək üçün pilləkənlərlə qalxıb-düşməli olurlar. Həmçinin qeyd edilib ki, eskalator işləmədiyinə görə vətəndaşlar məcbur qalırlar ki, avtomobil yolundan keçsinlər.
Ərazidə çalışan əməkdaş isə eskalatorun nasazlığının ehtiyat hissəsi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, qurğuların texniki hissələri Çindən gətirilməlidir və sifariş artıq verilib.
Əməkdaş onu da bildirib ki, keçiddəki eskalatorlar təxminən 16 il əvvəl quraşdırılıb və artıq həmin texnikaya uyğun ehtiyat hissələrinin tapılması çətinləşib.
#Xətai rayonu teqi istifadə olunub
- Xətaidə baş verən problem niyə həll olunmur? | Problem nə vaxt aradan qaldırılacaq? - Baku TV
- "Su kanalizasiyaya qarışıb, kanalizasiya suya" | Xətaidə əhalinin səbrini daşıran vəziyyət - Baku TV
- Üstü açıq qalan quyu ərazidə antisanitar vəziyyət və təhlükə yaradır
- Xətaidə kanalizasiya problemi | Üstü açıq quyu sakinlər üçün təhlükə yaradır - Baku TV
- Xətai sakinlərindən qanunsuz tikinti iddiası | Babək prospektində nə baş verir? - Baku TV
