Vəziyyətimiz həddindən artıq gərgindir | Bakının bəzi rayonları niyə susuz qaldı?
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nəsimi rayonunda günlərdir ki, su yoxdur.
Çətin vəziyyətdə qalan sakinlər problemlə bağlı aidiyyəti qurumlarla əlaqə yaratmaq istəsələr də, onların bu cəhdləri nəticəsiz qalıb, telefonlarına cavab verən olmayıb.
Onların sözlərinə görə, borularda partlayış baş verib, amma bununla bağlı heç bir tədbir görülmür.
“Vəziyyət gərgindir, səhər tezdən durmuşam, su olmayıb. Oğlum hərbçidir, əl-üzünü yumamış işə gedib”, – deyə sakin narazılığını bildirib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramana, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib, fasilələr yaranıb.
Əhalinin digər mənbələrdən su ilə təmin olunması istiqamətində işlər aparılır. Oğuz-Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.
#Nəsimi rayonu teqi istifadə olunub
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
- Təmir işləri niyə dərslər başlayan kimi yada düşür? - Nəsimidə xaotik vəziyyət - Baku TV
- Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV
- Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI
