Xaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? - Baku TV
Son günlər şimal bölgəsində yağan aramsız leysan yağışlar Xaçmaz rayonunda sel və daşqınlara səbəb olub. Nəticədə 1022 evdə subasma hadisəsi qeydə alınıb.
Samurçay qəsəbəsində sel suları yolu tamamilə yuyaraq kəndlə əlaqəni kəsib, iki elektrik dirəyi isə sıradan çıxıb.
Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dərhal operativ tədbirlər görülüb, zərərçəkmiş ərazilərə baxış keçirilib:
“37 nəfər təhlükəsiz əraziyə təxliyə edilərək müvəqqəti yaşayış yerləri ilə təmin olunub. Qısa müddətdə aidiyyəti qurumlar tərəfindən infrastruktur qismən bərpa edilib. Həmçinin 18 evin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılıb, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Ərazilərdə bərpa və quruculuq işlərinin ilboyu davam etdirilməsi nəzərdə tutulur”.
#Xaçmaz rayonu teqi istifadə olunub
- Xəzərin sahilində quş cəsədləri aşkarlandı | AQTA-dan açıqlama - Baku TV
- Xaçmazda yolun bağlı olması doğuş vaxtı ölümə səbəb oldu
- "Evdə adamlar olub, amma..." | Meyiti tapılan gənc müəllimin faciəvi ölümü
- Qadının idarə etdiyi avtomobil aşdı | Xaçmazdan anbaan görüntülər
- Şabranda qandonduran qəzanın təfərrüatı | Hadisə yerindən dəhşətli görüntülər
