Xaçmazda Xocalı qurbanları anıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonunda Xocalı faciəsinin 31-ci il dönümü ilə əlaqədər “Xocalını unutmayaq” adlı tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimai-siyasi xadimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin foyesində Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış olublar. Ulu öndər Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Mədəniyyət işçiləri və məktəblilər “Xocalını unutmayaq” adlı ədəbi-bədii kompozisiya ilə çıxış edib, vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
#Xocalı teqi istifadə olunub
- Dağların qoynundakı Malıbəyli gölü buraya səfərə gələnləri valeh edir - Baku TV
- Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub - Baku TV
- "73 maarifləndirmə tədbiri keçirilib" | Xocalıda müəssisələrə mediatur təşkil olundu - Baku TV
- 34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy mərasimi keçirildi - Baku TV
- 65 ailənin yurd həsrəti bitdi | Xocalı, Ağdərə və Cəbrayıla qayıdan sakinlərin sevinci - Baku TV
