Pleyeri seçin:

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi

21 dekabr 2024 404 baxış

İşğaldan azad edilmiş torpaqlarda mütəmadi olaraq idman yarışları təşkil olunur. Bu dəfə 50 ildən sonra Xankəndi şəhərində badminton üzrə ölkə çempionatı keçirilib.

Final yarışı Xankəndi Şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə baş tutub.

Təhsil ocağının idman zalında keçirilən badminton üzrə Azərbaycan çempionatında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları, gənclər və idman naziri Fərid Qayıbov və media nümayəndələri iştirak ediblər.

F.Qayıbov mətbuata açıqlamasında bildirib ki, Azərbaycan idmanında tarixi hadisə yaşanır.

Mütəmadi olaraq Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında idman yarışları keçirilir. Xankəndi şəhəri də artıq bir neçə idman yarışına ev sahibliyi edib. Nazir Xankəndinin həm də idman mərkəzinə çevriləcəyindən və bu günədək adıçəkilən şəhərdə keçirilən idman yarışlarından da bəhs edib.

Qeyd edək ki, 1974-cü ildə Xankəndidə keçirilmiş turnirdə üç kateqoriya üzrə mükafatçılar sırasında yer alan Azərbaycan badminton ailəsinin üzvü Mahmud Məmmədov da fəxri qonaq qismində final qarşılaşmalarını izləyib.

Qalib və mükafatçıları Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təltif ediblər.

Kopyalandı
Banner
"Biz Bakını çox sevirik" | İki saatlıq şou tamaşaçılara unudulmaz anlar yaşadır - Baku TV

"Biz Bakını çox sevirik" | İki saatlıq şou tamaşaçılara unudulmaz anlar yaşadır - Baku TV

Cəmiyyət
12 oktyabr 2026 404 baxış
Sakinlər yol, təmizlik və təhlükəsizlik probleminə həll istəyirlər - Baku TV

Sakinlər yol, təmizlik və təhlükəsizlik probleminə həll istəyirlər - Baku TV

Cəmiyyət
12 oktyabr 2026 404 baxış
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Baku TV

Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 404 baxış
Müharibədən səhnəyə uzanan həyat | “Nu, poqodi!”nin canavarı onu niyə əsəbiləşdirirdi? - ARAŞDIRMA

Müharibədən səhnəyə uzanan həyat | “Nu, poqodi!”nin canavarı onu niyə əsəbiləşdirirdi? - ARAŞDIRMA

Cəmiyyət
11 oktyabr 2026 404 baxış
Moskva prospektindəki binanın problemləri illərdir həll olunmur - Baku TV

Moskva prospektindəki binanın problemləri illərdir həll olunmur - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 404 baxış
Gəlirlər artırsa, mənzil almaq niyə hələ də əlçatmazdır? | Rəqəmlərin arxasındakı real həyat

Gəlirlər artırsa, mənzil almaq niyə hələ də əlçatmazdır? | Rəqəmlərin arxasındakı real həyat

Cəmiyyət
11 oktyabr 2026 404 baxış
Fiziki aktivlik olmadan istənilən nəticəyə çatmaq mümkündür? - Baku TV

Fiziki aktivlik olmadan istənilən nəticəyə çatmaq mümkündür? - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 404 baxış
Azıx mağarası bəşəriyyətin məskunlaşma tarixini dəyişə bilər - Baku TV

Azıx mağarası bəşəriyyətin məskunlaşma tarixini dəyişə bilər - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 404 baxış
Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV

Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 404 baxış
Gözləri yolda qalan sərnişinlər | 162 nömrəli marşrutda nə baş verir? - Baku TV

Gözləri yolda qalan sərnişinlər | 162 nömrəli marşrutda nə baş verir? - Baku TV

Cəmiyyət
11 oktyabr 2026 404 baxış
Seçilmişlər
icon