Xankəndidə mitinqlə bağlı təklif
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndidə keçirilən mitinqlə bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, separatçı rejimin qondarma “rəhbərliy”i aksiyada maksimum kütləvilik yaratmaq üçün bütün inzibati təşkilatlara tapşırıqlar verib.
Belə ki, ətraf kəndlərdən əhalinin Xankəndi meydanına gətirilməsi üçün avtobuslar ayrılıb. Kimsə öz şəxsi avtomobili ilə gəlmək istəsə, onlar üçün hətta pulsuz yanacaq nəzərdə tutulub. Təşviqat kompaniyası bununla bitmir. Qondarma rəhbərlik sırf adam sayını çox göstərmək üçün mitinqə gələn hər şəxs üçün 30-40 dollar ödəməyi nəzərdə tutub. Hadisə yerindən çəkiliş etmək istəyənlər üçün isə pulsuz internet paketləri verilir.
Əldə olunan məlumatlardan belə aydın olur ki, insanları mitinqə cəlb etmək üçün təkcə təşviqatdan deyil, bir çox hallarda hədə-qorxudan da istifadə edilir. Belə ki, müəllimlər və həkimlərə xəbərdarlıq edilib ki, aksiyaya gəlməsələr, işdən qovulacaqlar.
Qondarma rejimin diplomları heç bir yerdə tanınmayan “ali məktəb”lərində təhsil alan tələbələrinə tapşırılıb ki, aksiyaya qatılmayacaqları təqdirdə ciddi problemlərlə üzləşəcəklər. Hətta aksiyanın çəkilişi xüsusi şirkətə tapşırılıb və bütün bu tədbirlər fayda verməyəcəyi təqdirdə belə maksimum kütləvilik nümayiş etdirilməsi tələbi qoyulub.
#Xankəndi teqi istifadə olunub
- Xankədidə hüquq mövzusundamühüm görüş | Fikir mübadiləsi aparıldı - Baku TV
- Müxtəlif ölkələrdən gələn idmançılar Xankəndidə finişə çatıblar - Baku TV
- Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI
- Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV
- 58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə
