Xarici şirkətlərin minatəmizləmə əməliyyatlarında iştirakı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb və 2020-ci ilin noyabrında müharibə bitəndən bəri demək olar ki, 300 azərbaycanlı mina səbəbindən həlak olub və ya ciddi xəsarət alıb”.
Bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
“Biz bu yaxınlarda müxtəlif ölkələrdən, o cümlədən Avropa ölkələrindən avadanlıq almışıq. Hətta indi havadan minanı aşkar edə bilən dronlardan istifadə edirik. Xarici şirkətləri minatəmizləmə əməliyyatlarını həyata keçirmək üçün dəvət etmək istəyəndə minatəmizləmə əməliyyatları üçün qiymət yerli qiymətlərlə müqayisədə çox yüksək idi. Bir kvadratmetrin minalardan təmizlənməsi üçün Avropada olan qiymət bizim milli minatəmizləmə agentliyinin işi aparmağa hazır olduğu qiymətdən bir neçə dəfə çox idi”, - deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısı əlavə edib ki, bu yaxınlarda ölkəmizdə də bir neçə minatəmizləmə şirkəti fəaliyyətə başlayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
