Xərçəngə görə ayağını itirən model - ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında xərçəng xəstəliyinə qalib gələn gənc Xədicə Rəhimova öz həyat hekayəsini danışıb.
O, xəstəliklə mübarizəyə başladığı dövrü xatırlayıb:
“Bu xəstəlik müddətində cəmi bir dəfə – saçım töküləndə depressiyaya düşdüm. İki-üç həftə heç kəslə danışmadım, amma daha sonra hər şeyi boş verdim. Kimyaterapiyadan iki həftə sonra saçım tökülməyə başladı. Ona görə də saçımı kəsməli olduq”.
X.Rəhimova xəstəlik səbəbindən ayağı amputasiya olunanda yaşadığı çətin anlardan da danışıb:
“İkinci metastazdan sonra ayağımın kəsiləcəyini bilirdim. Narkozdan ayılanda ayağımı hiss etdiyim üçün axtarmağa başladım. Qaldıranda gördüm ki, ayağım kəsilib, sarğıdadır”.
Xərçəngə qalib gələn gənc həm də modelliklə məşğuldur. Onun sözlərinə görə, bu fəaliyyətə qohumlarının ziyafət geyimləri kirayə verilən mağaza açması ilə başlayıb:
“Təklif etdilər ki, gəl geyimləri nümayiş etdir. Həm də düşündük ki, bəlkə ayağıma görə insanları daha çox cəlb edərəm. Bir neçə video paylaşdıqdan sonra insanların marağına səbəb oldu, daha sonra saytlar çəkiliş üçün müraciət etdi”.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- "Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"
- Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı
- Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”
- “İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”
- "Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?
