Xətai sakinlərinin şikayəti nə vaxt həll yolunu tapacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonu, Zeytun küçəsi 18 ünvanında yaşayan sakinlər uzun zamandır ki, su və yol problemindən əziyyət çəkirlər.
Sakinlər bildiriblər ki, ərazidən keçən su borusu istismar müddətini başa vurduğundan tez-tez sıradan çıxır və nəticədə onların küçələrini su basır.
“10 ildir suya və yola görə zülm çəkirik. Buraya nə taksi, nə də təcili yardım gəlir. Dəfələrlə aidiyyəti qurumlara həm yazılı, həm də şifahi şəkildə müraciət etmişik. Xahiş etmişik ki, bizim problemimizi həll etsinlər. Ancaq heç nə etmirlər”, – sakin deyib.
Məsələ ilə bağlı “Azərsu” ASC-dən ərazidə təmir işlərinin aparıldığı bildirilib. Sıradan çıxan boru yenisi ilə əvəz olunacaq.
Vətəndaşları narahat edən digər problem isə yolların vəziyyətidir. Avtomobil Yolları Dövlət Agentliyinin rəsmisi Anar Nəcəfli bildirib ki, ərazidə təmiri “Azərsu” apardığına görə yolun bərpasını da məhz həmin qurum həyata keçirməlidir.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
