Xocavəndə növbəti köç | Sakinlərə hansı tövsiyələr verildi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavənd şəhərinə növbəti köç prosesi baş tutub. Bu mərhələdə 33 ailə olmaqla 142 nəfər doğma yurdda məskunlaşıb.
Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Bildirilib ki, sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb, yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Qeyd edək ki, bu köç də daxil olmaqla Xocavəndə ümumilikdə 234 ailənin daimi qayıdışı təmin edilib.
#Xocavənd teqi istifadə olunub
- "Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV
- 40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI
- Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV
- Hadrutun düşmən işğalından azad olunmasından 6 il ötür - Baku TV
- Beynəlxalq səyahətçilərin Xocavənd səfərində hansı məqamlar diqqət çəkib? - Baku TV
