Yalan xəbərlə aləmi qatan şəxsi gözləyən cəza | Xaçmazda tragikomik hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 2-si axşam saatlarında Xaçmazda ağır yol qəzasının baş verməsi barədə yayılan məlumat təsdiqini tapmayıb.
Daxili İşlər Nazirliyinə, FHN-ə, Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət edən şəxs Hacıhüseynli kəndi ərazisində avtomobilin yük maşınına çırpılması barədə xəbər verib.
Qəza nəticəsində xəsarət alan şəxslərin olduğunu deyərək kömək istəyib. Qısa vaxt sonra deyilən əraziyə operativ qruplar cəlb edilib. Ərazidə aparılan müşahidələr və yoxlamalar zamanı heç bir qəzanın baş vermədiyi, daxil olan məlumatın həqiqəti əks etdirmədiyi məlum olub.
Bəs belə olan halda dövlət qurumlarına yalan məlumat vermək və əməkdaşları boş yerə məşğul etməyin cəzası varmı?
Hüquqşünas Hikmət Əliyev bildirib ki, yalan məlumatla Yanğından Mühafizə və polis orqanlarını, təcili yardım və digər ixtisaslaşmış xidmətlərin çağırılması İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, inzibati xəta hesab edilir:
“Bundan əlavə, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik edilməsi Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən, cinayət məsuliyyəti hesab edilir”.
Qeyd edək ki, dövlət qurumlarına yalan məlumat verən şəxsin kimliyinin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
