Yaralıların yaxın qohumlarından DNT analizi götürülür | Baş Prokurorluqdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq hərəkətləri, o cümlədən zərərçəkmişlərin şəxsiyyətinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, hazırda Baş Prokurorluğun Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov 160 ünvanında yerləşən inzibati binasında (“Dərnəgül” metrostansiyasının yaxınlığı) yaralıların yaxın qohumlarından DNT analizi götürülür.
“Odur ki müvafiq analizlərin verilməsi üçün hadisə nəticəsində zərərəkmişlərin ailə üzvlərinin qeyd olunan ünvana və ya yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yaxınlaşmalarını, habelə əlavə suallar olduğu təqdirdə Baş Prokurorluğun “961” nömrəli Çağrı Mərkəzi, “161” nömrəli Qaynar xətti və (012) 361 16 42 saylı əlaqə nömrəsinə zəng etmələrini xahiş edirik”, – məlumatda bildirilib.
#AZAL teqi istifadə olunub
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- Hansı uçuşlar təxirə salındı? - AZAL-dan vacib məlumat - Baku TV
- AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV
