Yasamal sakinləri taxta və lentlə bərkidilən eyvandan narahatdır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu, Əlövsət Quliyev 37 ünvanındakı eyvanlardan biri uçmaq təhlükəsi ilə üz-üzədir.
Belə ki, ərazidən keçən yük maşınının balkona çırpılması nəticəsində sözügedən eyvan təkcə sakinlər üçün deyil, bu yoldan keçən sürücülər üçün də əsl təhlükə mənbəyinə çevrilib.
Maraqlı məqam isə ondan ibarətdir ki, hər an uçmaq üzrə olan bu eyvan sadəcə bir taxta parçası və incə lentlə pəncərənin dəmirinə birləşdirilib.
Məsələ ilə bağlı Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, eyvana çırpılan avtomobilin sahibinin icbari sığortası var. İcbari sığorta şirkəti ilə vətəndaş öz aralarında razılaşıb: “Vətəndaşın mənzili anasının adınadır, anası isə rəhmətə gedib. Onun ölüm kağızını tapa bilmirlər. Sənəd tapılan kimi sığorta şirkəti həmin eyvanı təmir etdirəcək. Yəqin ki, yaxın günlərdə məsələ həllini tapacaq”.
Qurum rəsmisinin sözlərinə görə, evin qəzalı hala düşmüş eyvanı təmir olunacaq. Lakin həmin yoldan yenə də hündür yük avtomobili keçərsə, eyni hal təkrarlana bilər.
Məlumat üçün bildirək ki, sözügedən ərazidəki alternativ yollarda da eyni arxitekturaya malik binalar yerləşir. Bu isə o deməkdir ki, problemin kökündən həlli üçün ya həmin eyvanlar sökülməli, ya da bu binaların yerləşdiyi yollardan yük avtomobillərinin hərəkəti məhdudlaşdırılmaldır.
#Qəzalı bina teqi istifadə olunub
- “Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV
- Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT
- Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
