Yasamalda bu əraziyə girişi kimlər bağlayıb? - "Dəfələrlə şikayət etmişik, deyirlər ki..." - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev ilə Əhməd Cəmil küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasının həyətinə girişin məhdudlaşdırıldığını bildirib.
Qeyd olunub ki, məhəllənin girişinə qanunsuz şlaqbaum quraşdırılıb. Qurğunun pultu yalnız bir neçə sakində olduğundan digər sakinlərin, qonaqların, həmçinin taksilərin əraziyə daxil olmasına maneə yaranır.
Şikayətçi Zaur Nəcəfovun sözlərinə görə, qurğu 2023-cü ilin mart ayında özbaşına quraşdırılıb:
"Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmişdim. Qurumlar tərəfindən müvafiq akt tərtib olundu və şlaqbaum söküldü. Lakin həmin şəxslər qanunvericiliyin tələblərinə məhəl qoymayaraq onu yenidən quraşdırdılar. Dəfələrlə etdiyimiz şikayətlər nəticəsiz qalıb".
Məsələ ilə bağlı aidiyyəti polis orqanından bildirilib ki, ərazidəki məhdudiyyət aradan qaldırılacaq və faktla bağlı tədbir görüləcək.
#Yasamal teqi istifadə olunub
- Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI
- Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- "Evlərdə hamam yox idi" | XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? - "Axı tarixi irsdir..."
- Ərazini su basıb, gediş-gəliş çətinləşib
