“Yataqxanalarda yaşamışıq, şükür ki...” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Sentyabrın 1-də Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.
Bu mərhələdə 117 ailə olmaqla 362 keçmiş məcburi köçkün doğma yurda – Ağdam şəhərinə qovuşub.
Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Ağdam sakinləri təəssüratlarını jurnalistlərlə bölüşüblər.
"Uzun illərdir ki, Ağdamdan köçkün düşmüşdük, yataqxanalarda yaşayırdıq. Prezidentimizin rəhbərliyi və qəhrəman oğullarımızın şücaəti sayəsində doğma torpaqlarımıza qayıtdıq. Bu gün mənim üçün ən xoşbəxt gündür", – onlardan biri söyləyib.
#Ağdam teqi istifadə olunub
- ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV
- Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV
- Xarici qonaqlar Ağdamın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar - Baku TV
- DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR
- 100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV
