Pleyeri seçin:
Yay-qış bu zülmlə yaşayırıq | Naxçıvanda sakinlərin gününü qara edən problem
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhəri 12-ci məhəllənin yolunun asfaltsız olması burada yaşayan sakinlərə çətinlik yaradır.
İllərdir yol problemindən əziyyət çəkən sakinlər dəfələrlə aidiyyəti qurumlara şikayət ünvanlasalar da, onların müraciətlərinə baxılmadığını deyirlər.
“70 ildir məhəllə bu gündədir. Şikayətimizə baxan yoxdur. Palçığın içində qalırıq. Yayda da, qışda da bu zülmlə yaşayırıq”, – deyə sakin narazılıq bildirib.
Məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, şəhərin bir neçə ərazisində, o cümlədən 12-ci məhəllədə yolların asfaltlanması və təmiri işləri ilə bağlı müvafiq qurumlara müraciət olunub. Köməklik göstərildiyi təqdirdə yolların təmiri ilə bağlı işlərə başlanılması nəzərdə tutulur.
Kopyalandı
#Yol problemi teqi istifadə olunub
- "Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV
- 6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi
- “İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV
- Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?
- "Yağış yağanda daha betər olur" | Binəqədi sakinlərinin həll edilməyən problemləri - Baku TV
