Yayın istisində su imtahanı | Sakinlərin problemi niyə həll olunmur? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Qobu qəsəbəsində sakinlər su problemi ilə üz-üzə qalıblar.
Süleyman Sani Axundov küçəsinin sakinləri bildirirlər ki, artıq üç aydır mənzillərinə içməli su verilmir. Yay aylarında yaranan bu vəziyyət onların məişət həyatını daha da çətinləşdirib.
Sakinlərin sözlərinə görə, küçədə yol və infrastrukturla bağlı bir sıra problemlər olsa da, hazırda əsas narahatlıq su təminatının olmamasıdır.
Onlar iddia edirlər ki, yay mövsümü başlayandan su tamamilə kəsilib və bu müddət ərzində ehtiyaclarını su maşınları vasitəsilə ödəməyə məcbur qalıblar.
Sakinlərin bildirdiyinə görə, bir su maşını 70 manata başa gəlir və hər həftə sifariş verməli olurlar. Bu isə ailə büdcəsinə əlavə yük yaradır.
Onların sözlərinə görə, küçədə mövcud su xətti də vaxtilə şəxsi vəsaitləri hesabına çəkilib. Bir müddət su verilsə də, son üç ayda təchizat tamamilə dayanıb.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı icra hakimiyyətinə və bələdiyyəyə dəfələrlə müraciət etsələr də, problem hələ də həll olunmayıb.
#Abşeron teqi istifadə olunub
- "Partlayış həmin an oldu" | Abşeronda dəhşət | “Atam ağır dərəcədə yanıb, anam da...” - Baku TV
- Abşeronda evdə partlayış: yaralıların vəziyyəti haqqında TƏBİB-dən açıqlama - Baku TV CANLI
- Hökməli sakinləri içməli suya görə niyə pul ödəməli olur? - 24 SAAT
- Su çəkiləcəyini vəd edərək pul yığdı | Hökməli sakinləri dələduzluğun qurbanı oldular - Baku TV
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
