Pleyeri seçin:

Yeni nəsil bu şüşə hansı təhlükənin qarşısını alacaq?

07 iyun 2025 612 baxış

Radiasiyadan qorunmada yeni mərhələyə qədəm qoyulub.

Belə ki, beynəlxalq alimlər qrupu ənənəvi materiallardan – beton və kommersiya şüşələrindən 28 %-dən çox effektiv olan qurğuşunsuz borosilikat şüşə hazırlayıblar.

Bu barədə Rusiyanın Ural Federal Universitetinin Elmi kommunikasiyalar şöbəsi xəbər verib.

Qeyd olunub ki, yeni nəsil şüşənin tərkibində insan sağlamlığı və ətraf mühit üçün təhlükəli olan qurğuşun yoxdur. Əvəzində neodim və barium oksidlərindən istifadə olunub ki, bu da həm radiasiyaya qarşı yüksək səviyyədə qoruma, həm də şəffaflıq və optik göstəricilərin yaxşılaşması ilə nəticələnib.

Bu texnologiya sayəsində tibb, sənaye və nüvə avadanlıqları üçün daha nazik, yüngül və davamlı qoruyucu ekranlar istehsal etmək mümkün olacaq. Eyni zamanda sarı və yaşıl işığı udma xüsusiyyəti bu şüşələri qaynaq eynəkləri üçün ideal hala gətirir.

Tədqiqat Rusiya, İordaniya, Səudiyyə Ərəbistanı, Malayziya və Misir alimləri ilə birgə həyata keçirilib. Nəticələr kompüter modelləşdirməsi vasitəsilə də təsdiqlənib.

Alimlərin sözlərinə görə, bu innovativ yanaşma həm təhlükəsizlik standartlarını yüksəldir, həm də ekoloji baxımdan daha təhlükəsiz alternativ təqdim edir.

Kopyalandı
Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI

Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 612 baxış
“Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV

“Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 612 baxış
Bakıda keçiriləcək sərgidə dünyanın müdafiə sənayesi şirkətləri toplaşacaq - Baku TV

Bakıda keçiriləcək sərgidə dünyanın müdafiə sənayesi şirkətləri toplaşacaq - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 612 baxış
"Azad edilmiş ərazilərdəki kilsələr Alban məbədləridir" | Revanşistlərə sərt reaksiya - Baku TV

"Azad edilmiş ərazilərdəki kilsələr Alban məbədləridir" | Revanşistlərə sərt reaksiya - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 612 baxış
21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 612 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 612 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 612 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 612 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 612 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 612 baxış
Seçilmişlər
icon