Yeni tapıntı bəzi xəstəliklərin əlacına çevriləcək | Qocalma prosesinə təsir edən amillər
Yeniliklərdən dərhal xəbərdar olun
“Nature” jurnalında dərc olunan yeni tədqiqat beyində hüceyrələrarası qarşılıqlı təsirlərin qocalma prosesinə təsirini aşkarlayıb.
Stenford Universitetinin Genetika Departamentinin professoru Ann Brunetin rəhbərlik etdiyi tədqiqatda beyin hüceyrələrinin “məkan qonşuluğu” nəzərdən keçirilib.
Məlum olub ki, bəzi hüceyrələr ətrafdakılara cavanlaşdırıcı təsir göstərdiyi halda, digərləri iltihabı və qocalmanı sürətləndirir. Xüsusilə T-hüceyrələri iltihab əleyhinə təsir göstərərək qocalmış beyin hüceyrələrinin qorunmasına kömək edir.
Digər tərəfdən sinir kök hüceyrələri yaxınlıqdakı hüceyrələrə cavanlaşdırıcı təsir edir. Bu hüceyrələrin rolunu daha dərindən anlamaq gələcəkdə beyin qocalmasının ləngidilməsi üçün yeni strategiyalar ortaya qoya bilər.
Alimlər bu tapıntıların Alzheimer və digər neyrodegenerativ xəstəliklərin müalicəsi üçün yeni imkanlar açacağını düşünürlər.
#Beyin sağlamlığı teqi istifadə olunub
- Beyin sağlamlığını qorumağın əsas yolları | Hansı qidalar faydalıdır, nələr zərərlidir? - BAKU MED
- Alimlər ünsiyyətin vacibliyini açıqladı
- Yaddaşı inkişaf etdirən üsullar
- Bu məhsul insan sağlamlığında mühüm rol oynayır | Araşdırmanın nəticələri açıqlandı
- Ekspertlər xəbərdarlıq etdi | Hansı qidalardan imtina etməliyik?
