Yevlaxda 8 qəhrəman şəhərin torpağının saxlandığı muzey
Yeniliklərdən dərhal xəbərdar olun
Üzərində müxtəlif şəkillər olan kiçik tikili, qarşısında isə abidə. Görüntülər Yevlax rayonunun Yəldili kənd məzarlığında lentə alınıb.
Məlumata görə, sözügedən tikili kəndin ziyalılarından olan İlyas Daşdəmirov tərəfindən inşa etdirilib və 50 ildən artıqdır muzey kimi fəaliyyət göstərir. Elə onun abidəsi də muzeyin qarşısında ucaldılıb.
Binanın ön və arxa divarlarına Hacı Zeynalabdin Tağıyevin və onun ailə üzvlərinin şəkilləri həkk edilib. İki otaqdan ibarət olan muzeydə müqəddəs “Qurani-Kərim” kitabı, İkinci Dünya müharibəsində həlak olan həmvətənlərimizin şəkillərindən ibarət albomlar, müxtəlif məzmunlu kitablar saxlanılır.
Burada ən çox diqqət çəkən isə 8 qəhrəman şəhərin məzarlığından gətirilən torpaq nümunələridir. 38 ildir muzeyin təmizliyini, həmçinin bələdçiliyini Yəldili kənd sakini Dilarə Dadaşova edir.
Yerli sakinlərin sözlərinə görə, muzeyin əşyaları xarici turistlərin də diqqətini çəkir. Hətta qardaş ölkə Türkiyədə fəaliyyət göstərən telekanalların birində həmin muzey haqqında veriliş də yayımlanıb.
#Yevlax teqi istifadə olunub
- Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV
- "Təzə almışdım, hər şey yanıb" - Yevlaxda dəhşətli yanğın | "Çağırdım ki, ay qonşular..." - Baku TV
- Yevlaxdakı yanğında alovlar arasında qalan sakinlərin taleyi necə oldu? - Baku TV CANLI
- Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI
- “Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV
