Yollardakı məhdudiyyətlə bağlı açıqlama | Son 8 ildə ilk dəfədir ki…
Bakının bütün yolları tam olaraq açılıb.
Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, son 8 ildə ilk dəfə olaraq “Formula 1” həftəsindən sonra 24 saat ərzində bütün yol məhdudiyyətləri aradan qaldırılıb.
13-15 sentyabr tarixlərində baş tutan “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024” ərəfəsində bağlanan prospekt və küçələr nəzərdə tutulmuş vaxtdan daha tez, bu gündən sürücülərin istifadəsinə verilib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə olaraq paytaxt Bakının yollarında 24 saat tamam olmamış nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.
Həmçinin sentyabrın 16-dan 17-dək 1 gün ərzində Bakı Şəhər Halqası ərtafında təhlükəsizlik məqsədilə quraşdırılmış 3 306 ədəd beton bloklar götürülür.
#Bakı Şəhər Halqası teqi istifadə olunub
- Bakı Şəhər Halqasında temp yüksəlir | Formula 1-in ikinci günündə nələr yaşandı? - Baku TV
- Formula 1 könüllüləri Bakıda tarix yazır
- "Həm işləyirlər, həm əylənirlər" | Yarışdakı komfortun altında hansı əziyyət dayanır? - Baku TV
- F1 həyəcanı davam edir | Bakı Şəhər Halqasında nələr baş verir? - Baku TV
- Dünyanın aparıcı pilotları Azərbaycan Qran-prisində gərgin mübarizəyə başladı - Baku TV
