Zakir Həsənov orduya göstəriş verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin birinci yarım ilinin yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib. Toplantıda Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağda mövcud əməliyyat şəraiti təhlil edilib.
Zakir Həsənov Ermənistan Silahlı Qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin mövqelərimizi intensiv atəşə tutmasının, habelə Qarabağ ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimizin bundan sonra da zəruri cavab tədbirləri görməsi barədə göstərişlər verib.
Eyni zamanda orduya qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatın qarşısının qətiyyətlə alınmasına hər an hazır olması tapşırılıb.
Müdafiə naziri Ali Baş Komandanın 2023-cü ilin növbəti yarımili üçün Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları kollegiya iştirakçılarına çatdırıb, şəxsi heyətin sağlamlığı və təhlükəsizliyinin qorunması, peşəkarlıq və döyüş hazırlığının daha da artırılması, habelə qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xüsusi diqqət yetirilməsini tapşırıb.
#Zakir Həsənov teqi istifadə olunub
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
