Pleyeri seçin:

Zatında əyrilik varsa... | İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı - QAPQARA

29 iyul 2024 273 baxış

“Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı yazıçı, kinodramaturq İlqar Fəhmi olub.

Bakının özünə xas adətlərindən danışan yazıçı mentalitetimizdə sevmədiyi, dəyişmək istədiyi xüsusiyyətlərdən bəhs edib:

“Mənim xoşlamadığım şey Bakıda qanuna münasibət idi. O da bizim mentalitetimizdən irəli gəlirdi. Bakı camaatı sovet qanunlarını sevmirdi. Qanun anlayışının özü bir yad ünsür elementi kimi idi və ona görə də qanunu qəbul edib yaşamaqdan daha çox o qanunla mübarizə aparırdılar. Qanunun əleyhinə gedənlərin daha çox hörməti var idi, nəinki qanun keşikçilərinin”.

İlqar Fəhmi insanların Bakıya gəlib dəyişməsi, korlanması fikrinə də münasibət bildirib:

“Sovet dövrü ədəbiyyatında belə bir şey var, sanki Bakı insanları korlayan, mənəviyyatını pozan bir şəhərdir və saf, təmiz insanlar bura gəlir, yaşayır və burada o çirkabın içinə düşür, korlanır. Sonra həmişə o ilkin saflığının, təmizliyinin xiffətini çəkir. Sanki Bakı insanları korlayan, əxlaqını pozan bir məkan olur. Bu, əslində, uşaqlıqdan bəri həmişə xətrimə dəyib.

Əks tərəf də elə düşünüb ki, bura cənnət idi, gəldilər, korladılar. Gələn deyir ki, mən yaxşı idim, gəldim bura, məni korladılar. Burada olan isə deyir ki, bura yaxşı idi, gəldi, korladı. Bəs korlayan hansıdır, korlamayan hansıdır? Əgər sən gəlib korlanırsansa, sənin özündə korlanmaq meyli var idi.

Üç-beş nəfər gəlib burada kiminsə təsiri altına düşübsə, onda Bakı nə etsin? Sənin zatında əyrilik varsa, sən şəhərə gəlib, universitet oxumaqla adam olmayacaqsan. Sən zatıqırıqsansa, akademik də, professor da olsan, zatıqırıq qalacaqsan”.  

Kopyalandı
JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi - Baku TV

JAECOO J8 Azərbaycan yollarında sərt sınaqdan keçdi - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 273 baxış
"Heç kəs burada zorakılıq göstərə bilməz" | Tələbələr iddialarla bağlı danışdı - Baku TV

"Heç kəs burada zorakılıq göstərə bilməz" | Tələbələr iddialarla bağlı danışdı - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 273 baxış
"Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV

"Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 273 baxış
Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI

Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI

Cəmiyyət
16 sentyabr 2026 273 baxış
"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV

"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 273 baxış
ADMİU tələbələri ilə bağlı sensasiya yaradan görüntülər - Baku TV CANLI

ADMİU tələbələri ilə bağlı sensasiya yaradan görüntülər - Baku TV CANLI

Cəmiyyət
16 sentyabr 2026 273 baxış
Mərdanov qardaşları küçəsində nə baş verir?

Mərdanov qardaşları küçəsində nə baş verir?

Cəmiyyət
16 sentyabr 2026 273 baxış
“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

“Ağacla gəzirəm, mümkün deyil axı orada...” | Əmircan sakinləri təşviş içində - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 273 baxış
Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV

Bakıda maşın yolunu zəbt etdilər, sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 273 baxış
Canlı yayımda dəhşətə gətirən söhbət | ADMİU-da qalmaqal | "Orada etdiklərini hamı bilir" - Baku TV

Canlı yayımda dəhşətə gətirən söhbət | ADMİU-da qalmaqal | "Orada etdiklərini hamı bilir" - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 273 baxış
Seçilmişlər
icon