"Yemək yoxdur, toz-torpağın içindəyik" | TIR sürücüləri niyə 2 həftədir növbə gözləyir? - Baku TV
Qazaxıstanın Kurık limanından 4 kilometr məsafədə yerləşən TIR parkında gərgin vəziyyət yaranıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən TIR sürücülərinin sözlərinə görə, ərazidə 250-yə yaxın şəxs növbə gözləyir. Məlumata görə, onların arasında Azərbaycana elektrik avadanlıqları gətirən sürücülər də var.
Mövcud problemlə bağlı danışan TIR sürücüsü Cem Duraklı vəziyyətin acınacaqlı olduğunu vurğulayıb:
"Burada azərbaycanlı qardaşlarımız, gürcülər, ukraynalılar – hər kəs növbə gözləyir. Nə tualet var, nə də kifayət qədər ərzaq mağazası. 600–700 dollar rüşvət verənlər növbəsiz keçib gedirlər, biz isə burada qalmışıq. Sürücü yoldaşların vəziyyəti ağırdır, çoxunun dərmanı bitib, hər kəs əziyyət çəkir".
Şikayətçilər bildirirlər ki, mövcud problem iki həftəyə yaxındır davam edir.
#Qazaxıstan teqi istifadə olunub
- Azərbaycan və Qazaxıstan prezidentləri hansı məsələləri müzakirə etdilər? - Baku TV
- Qazaxıstan və Ermənistan əlaqələrin genişləndirilməsi istiqamətində yeni addım atdı - Baku TV CANLI
- Qazaxıstan Azərbaycanın döyüş modelini niyə öyrənir? - Hərbi əməkdaşlıq genişlənir - HƏRBİ XRONİKA
- "İlk dəfədir ki..." | Qazaxıstan səfiri keçirilən seçkinin önəmini vurğuladı - Baku TV
- Qazaxıstanda qalmaqallı hadisə | Rus blogerin ifadələri qəzəb yaratdı - Baku TV
