Pleyeri seçin:

Zaxarovanı özündən çıxardılar | Ermənistana od püskürdü

12 yanvar 2024 87 baxış

“Qarabağdakı erməni sakinlərə qarşı heç bir etnik təmizləmə aparılmayıb”.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 12-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əgər rəsmi İrəvanın iddia etdiyi məsələ ilə bağlı sübutu varsa, təqdim etsin.

M.Zaxarova Ermənistan tərəfinin Qarabağdakı Rusiya sülhməramlı kontingentinin öhdəliyini yerinə yetirməməsi ilə bağlı səsləndirdiyi ittihamlara da cavab verib. Bildirib ki, rəsmi İrəvanın onlara qarşı səsləndirdiyi fikirlər əsassızdır:

“Biz Qarabağdakı Rusiya sülhməramlıları əleyhinə Ermənistan hakimiyyət nümayəndələrinin bəyanatlarını görürük və onları destruktiv hesab edirik. Qəribədir ki, bu bəyanatlar davam edir. Biz dəfələrlə bu bəyanatlarla bağlı Rusiya tərəfinin mövqeyini Ermənistan tərəfinin diqqətinə çatdırmışıq. Bildirmişik ki, bu cür bəyanatlar ikitərəfli münasibətlərdə yeni problemlər yaradır və dəqiq heç nəyin həllinə kömək etmir.

Lakin təəssüflər olsun ki, görünür, bu, orada sanki kiməsə sərf edir. Mən sadəcə olaraq konkret sübutlar gətirirəm. Əgər kimsə vicdanını itirib nəyinsə icra olunmadığını deyirsə, o zaman fakt təqdim etsin. Faktları, arqumentləri masa üstünə qoysun. Faktlar yoxdur. İsterika və təhqirdən başqa heç nə yoxdur. Heç kəsin sülhməramlıları təhqir etməyə haqqı çatmır. Kimlərsə onları təhqir etsə, biz cavab verəcəyik”.

Xarici İşlər Nazirliyinin sözçüsü sonda Ermənistanın paytaxtında yanvarın 1-də neonasistlərin yürüş keçirməsi məsələsinə də toxunub. O bildirib ki, Kreml sözügedən hadisədən dərin narahatlıq keçirib.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 87 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 87 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 87 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 87 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 87 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 87 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 87 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 87 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 87 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 87 baxış
Seçilmişlər
icon