Zərifə Əliyevanın doğulduğu kənddən reportaj
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur.
O, 1923-cü il aprelin 28-də həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açıb. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi Zərifə xanımın doğulduğu, böyüyüb boya-başa çatdığı kənddir.
Kənddə görkəmli alimin adını daşıyan məktəb də mövcuddur. Təhsil müəssisəsi 2005-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
100 il bundan öncə bu kənddə dünyaya göz açan akademik Zərifə Əliyeva Azərbaycan tibb elmində işıqlı yol açdı. O, təkcə xatirəsinin əbədiləşdiyi ünvanlarda deyil, həm də səhiyyə sahəsində dəyərli töhfələri olan alim, mehriban həyat yoldaşı və qayğıkeş ana kimi qəlblərdə yaşayır.
#Zərifə Əliyeva teqi istifadə olunub
- Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür - Baku TV
- Ukraynalılar azərbaycanlı akademik Zərifə Əliyeva haqqında danışdı - Baku TV
- Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür - Baku TV
- Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümündə İrpendə poliklinikanın açılışı olub
- Görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasından 102 il keçir
