12 günlük savaşın sirri açıldı | SEPAH bu ölkəyə sərt xəbərdarlıq etdi!
Yeniliklərdən dərhal xəbərdar olun
12 günlük İran-İsrail müharibəsi zamanı Təl-Əviv İraq hava məkanından istifadə edərək hücumlar həyata keçirib.
Bununla bağlı SEPAH-ın siyasi bölməsinin mətbuat orqanı məlumat yayıb.
Bildirilib ki, müharibə dövründə İsrail qırıcıları İraq səmasından İran hava məkanına daxil olub və ya bu hava məkanından islam respublikasındakı hədəflərə raketlər buraxıb.
“İraq səması 12 günlük müharibə zamanı İsrailin İrana hücumları üçün keçidə çevrildi. İsrail qırıcıları bu məkanı heç bir maneə ilə qarşılaşmadan istifadə etdilər”, – deyə mətbuat orqanı vurğulayıb. SEPAH qeyd edir ki, müharibə bitdikdən sonra da İsrailin İraq üzərindən İran ərazilərinə sızmaları davam edib.
SEPAH İraq hökumətinə xəbərdarlıq edərək, Bağdadın bu məsələdə ABŞ-yə təzyiq göstərməli və hava hücumundan müdafiə sistemləri yerləşdirməklə İsrail aviasiyasının uçuşlarına son qoymalı olduğunu vurğulayıb.
#SEPAH teqi istifadə olunub
- Putinlə görüş zamanı "şparqalka" qalmaqalı | Tramp İranı nədə ittiham edir? - YENİ BİR SƏHƏR
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- SEPAH xəbərdarlıq etdi: Hörmüzdə kabellər kəsilərsə, nə baş verəcək? - Baku TV CANLI
- Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV
- "İran hər baxımdan uduzur, amma...” | İran və ABŞ arasında razılaşma mümkün görünmür? - Baku TV
