Pleyeri seçin:

12 klinikanın fəaliyyətinə qadağa qoyuldu | Qandonduran hadisələr ortaya çıxdı

15 noyabr 2024 420 baxış

İsveç Səhiyyə və sosial təminat müfəttişliyi ölkədə cərrahiyyə və inyeksiya prosedurları xidməti göstərən 86 kosmetoloji klinikada nəzarət reydləri həyata keçirib.

Müfəttişliyin hesabatına əsasən, yoxlama nəticəsində xəstələrin həyatını təhdid edən çoxsaylı pozuntular aşkar edilib. Bəzi hallarda sağlamlığa ciddi ziyan vurma, hətta ölüm halları qeydə alınıb.

Yoxlamalar zamanı məlum olub ki, bəzi həkimlər xüsusi hazırlıq keçmədən anesteziyadan istifadə ediblər və bu da faciəvi nəticələrə gətirib çıxarıb.

Klinikalarda gigiyena normalarının ciddi şəkildə pozulması halları da aşkarlanıb: sertifikatı olmayan mütəxəssislər tərəfindən prosedurlar aparılıb, tibbi preparatlar qida məhsulları ilə birlikdə soyuducuda saxlanılıb. Bir sıra hallarda ixtisassız mütəxəssislər yetkinlik yaşına çatmayan xəstələrdə prosedurlar aparıblar və hesabatda qeyd edildiyi kimi, hətta bir klinika 15 yaşlı xəstəyə dostlarını cəlb etmək üçün endirim təklif edib.

Yoxlama nəticəsində 12 klinikanın fəaliyyətinə qadağa qoyulub, 40 əməkdaş barəsində prokurorluğa təqdimat verilib.

Müfəttişlik belə qənaətə gəlib ki, bir çox klinikalarda təhlükəsizlik tələbləri pozulur. Bu da xəstələrin sağlamlığı üçün yüksək risk yaradır.

“Ümumiyyətlə bu cür fəaliyyəti təhlükəsiz şəkildə həyata keçirmək üçün biliyin son dərəcə aşağı səviyyədə olması müşahidə olunur. Bundan əlavə, biz qaydalara riayət etməyə səy belə göstərməyən və yalnız gəlir əldə etməyə yönəlmiş bir çox vicdansız bazar iştirakçısı görürük”, – deyə müfəttişliyin şöbə müdiri Yoran Olsson qeyd edib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 420 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 420 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 420 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 420 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 420 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 420 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 420 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 420 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 420 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 420 baxış
Seçilmişlər
icon