145%-lik tariflər | Trampın Çinlə ticarət savaşında növbəti addımı nə olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi 145%-lik idxal rüsumları hələlik yekun və uzunmüddətli bir ticarət siyasəti deyil.
Bu barədə ABŞ maliyyə naziri Skott Bessent “Yahoo! Finance”ə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Prezident Donald Tramp Pekinin atacağı addımlardan asılı olaraq müxtəlif alternativləri nəzərdən keçirir.
“Düşünmürəm ki, kimsə bu tariflərin daimi və uzunmüddətli olacağını düşünür. Amma Prezident Trampdır və onun danışıqlar strategiyasını açıqlamaq niyyətində deyiləm. Bildiyim odur ki, Tramp bütün imkanları açıq saxlayır”, – S.Bessent qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də 185 ölkə və əraziyə qarşı gömrük rüsumları tətbiq etdiyini elan edib. 10%-lik ümumi tariflər aprelin 5-dən bəzi ölkələr üçün fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minib.
Eyni zamanda Tramp bəzi ölkələrə qarşı əlavə rüsumların tətbiqini 90 gün müddətinə dayandırıb. Ağ Ev bu fasilənin ticarət danışıqları üçün yaradıldığını və bu müddət ərzində yalnız 10%-lik ümumi tarifin qüvvədə qalacağını bildirib. Çin məhsullarına tətbiq edilən tarif 125%-ə qədər artırılıb.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
