Pleyeri seçin:

145 milyon il əvvələ aid qalıqlar aşkarlanıb

25 avqust 2026 258 baxış

Alimlərin son araşdırmalarına görə, Misir səhrası bir zamanlar qədim su hövzəsinin altında olub. Təbaşir dövründə bu region qida maddələri ilə zəngin dərin dəniz axınlarının qidalandırdığı inkişaf etmiş tropik dəniz ekosistemi olub.

Tədqiqatlar zamanı paleontoloqlar Əbu-Tartur yaylasını tədqiq edərək burada regionun biomüxtəlifliyinə dair sübutlar, o cümlədən müxtəlif balıq növlərinin məskunlaşdığı ərazidə yaşayan köpəkbalıqlarına aid dişlər aşkar ediblər. Alimlər ən azı yeddi müxtəlif köpəkbalığı növünü müəyyən edə biliblər.

Məlum olduğu kimi, Təbaşir dövründə, təxminən 145 milyon il əvvəl, planetimiz tamamilə fərqli görkəmdə olub. Tektonik aktivliyin yaratdığı istixana iqlimi şəraitində Yer kürəsində temperatur əhəmiyyətli dərəcədə yüksək olub, qütb buzlaqları isə ya çox az olub, ya da ümumiyyətlə mövcud olmayıb. Bu gün tanıdığımız quru ərazilərinin, o cümlədən Şimali Afrikanın böyük hissəsi həmin dövrdə su altında qalıb.

Yeni araşdırmada tədqiqatçılar əvvəllər Əbu-Tarturda müəyyən edilməmiş beş ayrı köpəkbalığı növünə aid daha 14 diş aşkar ediblər. Dünyanın müxtəlif yerlərində əldə edilmiş digər fosil tapıntıları ilə müqayisə aparan alimlər bu dişlərin nəsli kəsilmiş beş növə aid olduğunu müəyyənləşdiriblər.

Daha maraqlısı isə budur ki, bu köpəkbalıqları bir-biri ilə birbaşa rəqabət aparmayıb. Əksinə, onlar zəngin dəniz mühitində müxtəlif ekoloji yuvaları tutublar.

Banner
"Mossad" rəhbəri ABŞ-də danışıqlar aparır

"Mossad" rəhbəri ABŞ-də danışıqlar aparır

Dünya
13 noyabr 2026 258 baxış
NATO ölkələrinin XİN başçıları Brüsseldə toplanır

NATO ölkələrinin XİN başçıları Brüsseldə toplanır

Dünya
13 noyabr 2026 258 baxış
İran tankerlərə xəbərdarlıq etdi: Növbəti hədəf kim olacaq? - ƏSAS XƏBƏR

İran tankerlərə xəbərdarlıq etdi: Növbəti hədəf kim olacaq? - ƏSAS XƏBƏR

Dünya
13 noyabr 2026 258 baxış
Uşaqlar da hücumun qurbanı oldu | Ukraynanın şəhərlərinə güclü zərbələr - Baku TV CANLI

Uşaqlar da hücumun qurbanı oldu | Ukraynanın şəhərlərinə güclü zərbələr - Baku TV CANLI

Dünya
13 noyabr 2026 258 baxış
İsrail Fransanın prezidentliyə namizədi Jan-Lük Melanşonu “persona non qrata” elan edib

İsrail Fransanın prezidentliyə namizədi Jan-Lük Melanşonu “persona non qrata” elan edib

Dünya
13 noyabr 2026 258 baxış
Milyonlarla illik tarixə malik qitə Yer kürəsinin sualtı möcüzəsi adlandırılır

Milyonlarla illik tarixə malik qitə Yer kürəsinin sualtı möcüzəsi adlandırılır

Dünya
13 noyabr 2026 258 baxış
Alimlər yadplanetlilərin bizi necə anlaya biləcəyi ilə bağlı təklif irəli sürüb

Alimlər yadplanetlilərin bizi necə anlaya biləcəyi ilə bağlı təklif irəli sürüb

Dünya
13 noyabr 2026 258 baxış
Bəşəriyyət yeni demoqrafik böhranla üz-üzədir

Bəşəriyyət yeni demoqrafik böhranla üz-üzədir

Dünya
13 noyabr 2026 258 baxış
Okeanın dərinliklərində gizlənən sirr

Okeanın dərinliklərində gizlənən sirr

Dünya
13 noyabr 2026 258 baxış
İran bu ölkələri sərt şəkildə hədələdi | Dünya yenidən silkələnəcək? - Baku TV CANLI

İran bu ölkələri sərt şəkildə hədələdi | Dünya yenidən silkələnəcək? - Baku TV CANLI

Dünya
13 noyabr 2026 258 baxış
Seçilmişlər
icon