2028-ci ildə alyansın rəhbərliyinə seçkilər keçiriləcək
Tezliklə vəzifəsindən ayrılacaq Böyük Britaniyanın Baş naziri Kir Starmer NATO-nun Baş katibi vəzifəsinə namizədliyini irəli sürməyi düşünür.
Bu barədə həftəlik "The Observer" qəzeti məlumat yayıb.
Britaniyalı siyasətçi bu vəzifəyə 2028-ci ildə, alyansın Baş katibi seçkiləri gələndə namizəd ola bilər. NATO-nun Baş katibi vəzifəsini hazırda Niderlandın keçmiş Baş naziri Mark Rutte tutur.
Qəzet qeyd edir ki, Starmerin planları Böyük Britaniya hökumətindən uzunmüddətli və ardıcıl dəstək tələb edəcək.
"The Observer" qəzeti Starmerin tərəfdarlarının fikrinə istinad edib və onlar Baş nazirin namizədliyinin üstünlüklərini "G7"dəki həmkarları arasında yüksək nüfuza malik olması kimi qiymətləndiriblər.
Qeyd edək ki, iyunun 22-də Kir Starmer Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Leyboristlər Partiyasının sədrliyindən istefa verdiyini açıqlayıb. 63 yaşlı Starmer 2024-cü ildən sözügedən postu tuturdu.
