210 illik sülh dəyişdi | İsveç MN-dən təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçdə də müharibə ola bilər, xalqımız müharibəyə hazır olmalıdır.
Bunu İsveçin Mülki Müdafiə naziri Karl Oskar Bohlin beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Rusiyanın Ukraynaya hücumu nəticəsində onsuz da pis olan Avropada təhlükəsizlik vəziyyəti son bir ildə daha da pisləşib. Rusiyanın sürətlə silahlanmasına çox ciddi yanaşmaq lazımdır”, – nazir qeyd edib.
Rusiyanın ciddiyə alınması lazım olduğunu bildirən Bohlinin sözlərinə görə, təxminən 210 ilə yaxındır ki, sülh isveç xalqı üçün xoş yoldaş olub. Lakin bu gün belə deyil: “Təhlükəsizlik vəziyyəti pisləşib. Mən məsul bir nazir kimi bu faktı İsveç xalqına izah etməliyəm”.
İsveç hökumətinin ölkənin müharibəyə gedə biləcəyi ilə bağlı zehni şüur yaratmaqla müdafiə qabiliyyətini artırmağa çalışdığını bildirən Bohlin Ukraynanın Rusiyaya qarşı müqavimətini də nümunə götürdüklərini bildirib.
#İsveç teqi istifadə olunub
- Sosial təminatı ilə tanınan İsveç yoxsulluq və borc problemləri fonunda yeni çağırışlarla üzləşir
- NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI
- Hökumətin yaradılması istiqamətində aparılan cəhdlər nəticəsiz qalıb
- İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxardı - Baku TV CANLI
- Rusiyanın müvəqqəti işlər vəkili İsveç XİN-ə çağırıldı
