26 yaşlı könüllü ucqar kəndlərdə fermerlərə yardım edir
Yeniliklərdən dərhal xəbərdar olun
26 yaşlı Lujain əl-Vəzir Səna şəhərindən ucqarda yerləşən bölgələrə kəndbəkənd səyahət edərək fermerlərə baytarlıq xidmətləri təklif edir.
Zootexnik ixtisası üzrə məzun olan əl-Vəzir baytarların tapılmadığı ucqar icmalarda geniş yayılmış mal-qara xəstəliklərinin müalicəsi üçün könüllü olaraq çalışır.
Yəmənin kənd təsərrüfatı əsasən heyvandarlıqdan asılıdır. İllərdir davam edən münaqişələr, artan baytarlıq xərcləri və məhdud dövlət xidmətləri bir çox çobanın işini çətinləşdirib. Bu da heyvan sürüləri arasında xəstəliklərin yayılma riskini artırıb.
Lujain əl-Vəzir və bacısı Əmran vilayətindəki fermerlərə baş çəkərək mal-qaranı müayinə edir, iynə vurur, həmçinin gigiyena, yemləmə və müalicə ilə bağlı əsas məlumatları paylaşır.
Əl-Vəzir heyvanları müalicə etməzdən əvvəl müntəzəm olaraq ixtisaslı baytarlarla məsləhətləşdiyini deyir. Könüllü baytarlığı isə ailəsinin yetişdirərək satdığı mal-qaradan əldə etdiyi gəlirlə maliyyələşdirir. Yerli sakinlər onun öz işi ilə ciddi bir boşluğu doldurduğunu deyirlər.
Zootexnik deyir ki, kəndlərdə heyvandarların çoxunun maariflənməyə ehtiyacı olduğunu görüb. O, fərdi təşəbbüsün bu məsələdə yetərli olmadığını, əhəmiyyətli köməyə ehtiyac duyulduğunu vurğulayır.
Əl-Vəzir həmçinin sosial mediada baytarlıq məsləhətləri paylaşır.
#Yəmən teqi istifadə olunub
- "Saudi Aramco" və hava limanları vuruldu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Səudiyyə Ərəbistanının aviasiyası tərəfindən Yəmənə hücumlar həyata keçirilib - Baku TV CANLI
- ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
- Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma yenidən şiddətlənib - Baku TV CANLI
