Pleyeri seçin:

28 maddəlik sülh planı Zelenskini çıxılmaz vəziyyətə salıb | "Əsl sülh ədalətə əsaslanır"

24 noyabr 2025 222 baxış

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün əsasən Moskvanın xeyrinə olan 28 maddəlik yeni bir plan təqdim edib.

Tramp deyir ki, Zelenskinin müharibəni davam etdirmək üçün heç bir kartı yoxdur və ərazi güzəştləri, ordunun sayının əhəmiyyətli dərəcədə azaldılması və NATO-ya qoşulmamaq vədini əhatə edən şərtlərlə razılaşmalıdır.

“Yaxın günlərdə biz tərəfdaşlarla müharibəni bitirmək üçün atılacaq addımlar barədə məsləhətləşəcəyik. Mən Ukrayna nümayəndə heyətinin tərkibi haqqında fərman imzalamışam. Bütün müvafiq direktivlər təsdiq edilib. Nümayəndələrimiz Ukraynanın milli maraqlarını necə qoruyacağını yaxşı bilirlər.

Əsl sülh həmişə təminatlı təhlükəsizliyə və ədalətə əsaslanır”, ‒ deyə Ukrayna Prezidenti bildirib.

Planın mərkəzində ərazinin bir hissəsi Ukraynanın nəzarəti altında qalsa belə, şərqi Donbas bölgəsinin təhvil verilməsi tələbi dayanır. Analitiklər Rusiya qüvvələrinin bölgəni tam ələ keçirməsinin illər çəkəcəyini təxmin edirlər, lakin Tramp onun itirilməsinin “an məsələsi” olduğunu iddia edir.

“28 bəndlik plan ədalətli və davamlı sülh üçün vacib olan bir sıra mühüm elementlərə malikdir və hamımızın istədiyi budur. Lakin planda bəzi müddəlara dəyişikliklərin edilməsi lazımdır. Onu da deyim ki, Ukrayna ilə bağlı bütün məsələləri sonda Ukrayna özü həll etməlidir və buna görə də biz ukraynalılarla müntəzəm olaraq danışırıq”, ‒ deyə Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt iddia edir ki, plan vəziyyətin reallıqlarını əks etdirir və ən yaxşı ssenari təklif edir. Lakin tənqidçilər xəbərdarlıq edirlər ki, onun qəbul edilməsi Kiyevin mövqeyini ciddi şəkildə sarsıda və Moskvanın təsirini gücləndirə bilər.

Qeyd edək ki, Donald Trampın 28 bəndlik sülh planı şəxsən Zelenskiyə ABŞ Ordusunun katibi Den Driskol tərəfindən təqdim edilib. ABŞ rəsmisinin sözlərinə görə, Ukrayna tərəfi planı gələcək danışıqlar üçün başlanğıc nöqtəsi kimi qəbul edib.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 222 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 222 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 222 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 222 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 222 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 222 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 222 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 222 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 222 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 222 baxış
Seçilmişlər
icon