30 minlik ordu hərəkətə keçəcək | Ukrayna üçün hər şeyi dəyişəcək qərar
Yeniliklərdən dərhal xəbərdar olun
Qərb ölkələri Ukraynaya hər hansı qoşun yeritmək barədə hələlik razılığa gələ bilməyiblər.
Bu barədə “The Telegraph” mənbələrə istinadən yazıb.
Nəşrin fikrincə, Qərb ölkələri Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə edərkən diqqəti sülhməramlı qüvvələrə deyil, Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə yönəltmək niyyətindədir.
“Belə bir anlayış var ki, Ukraynada sülhə nail olduqdan sonra koalisiya ölkələri sülhü qorumaq üçün Ukrayna Silahlı Qüvvələrini gücləndirməlidir”, − Avropa hərbi liderlərindən biri nəşrə bildirib.
Nəşrin yazdığına görə, Avropa ölkələri Ukraynanın hava məkanında patrul xidməti təşkil edə, öz gəmilərini Qara dənizdə yerləşdirə, respublikada hərbi kadrlar hazırlaya bilər. Bu planı həyata keçirmək üçün təxminən 30 min əsgər lazım olacaq.
Qəzetin mənbəsi qeyd edib ki, bununla bağlı konkret qərarlar qəbul edilməyib. Üstəlik, ABŞ-nin istəksizliyini nəzərə alsaq, Ukraynada böyük hərbi kontingentin yerləşdirilməsinin mümkün olacağına hələlik əminlik yoxdur .
#Qərb ölkələri teqi istifadə olunub
- Qərbin Ukraynaya qoşun göndərmək planı regionda gərginliyi daha da artıracaq? - Baku TV
- Moskva ilə Qərb ölkələri arasında diplomatik gərginlik niyə alovlanıb? - Baku TV CANLI
- Avropa Cənubi Qafqaza üz tutur: Azərbaycanla əməkdaşlıq prioritetdir? - AKTUAL GÜNDƏM
- Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... | Zaxarovadan açıqlama - Baku TV
- Ermənistanın Qərblə yaxınlığı Rusiyanı qorxudur?
