327 mindən çox insan işıqsız qaldı | Dağıstanda sel bir sıra fəsadlar törətdi - Baku TV
Rusiyanın Dağıstan bölgəsində şiddətli daşqınlar üç nəfərin həyatına son qoyub, dörd yaşayış məntəqəsindən 5000-dən çox insan təxliyə edilib.
"Azı üç nəfəri sel aparıb. Xilasedicilər hadisə yerinə çatmağa çalışırlar", – deyə Dağıstan Regional İdarəetmə Mərkəzinin məlumatında bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, güclü yağışlar 2000-dən çox yaşayış binasını və fərdi evi su altında qoyub. Dağıstanın paytaxtı Mahaçqalada sel suları bir yaşayış binasını uçurub.
Bundan başqa, Gejux su anbarının bəndinin yarılması təhlükəsi səbəbindən yeddi kəndin su altında qalacağı ehtimal edilir. İlkin məlumata görə, Dərbənd rayonunda artıq 800-ə yaxın ev təxliyə edilib, Karakyure kəndində isə 1000 nəfər xilasedicilərin köməyini gözləyir.
Baş verənlərlə bağlı Rusiya İstintaq Komitəsində vəzifəli şəxslərin səhlənkarlığı iddiası ilə cinayət işi açılıb.
#Dağıstan teqi istifadə olunub
- Dağıstanda planlaşdırılan terror aktlarının qarşısı alındı - Baku TV CANLI
- Klinikada dəhşət | Qalmaqallı hadisənin günahkarı kimdir?
- Rusiya DİN və FTX Dağıstanda təcili əməliyyat keçirdi | Detallar açıqlandı
- 6 ildir ki, sahibinin məzarının üstündə yaşayan pişik indi isə...
- Kadırova qarşı sui-qəsd hazırlandı? - Çeçenistan lideri onları hədələdi ki…
