Pleyeri seçin:
60 qırıcı ilə dəhşətli zərbə | İsrail-İran savaşında qızğın vəziyyət
İsrailin Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehranda 20 hərbi hədəfə zərbələr endirib.
Bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.
İsrailin Müdafiə Ordusu hücum hədəfləri arasında silah istehsalı, sentrifuqa, elmi tədqiqat və təcrübə-konstruktor obyektlərinin olduğunu açıqlayıb.
"Bu obyektlər İranın nüvə silahı istehsal etmək üçün uranın zənginləşmə miqyasını və sürətini genişləndirməsinə imkan vermək məqsədi daşıyırdı", ‒ deyə Ordudan bildirilib.
Bundan öncə qeyd olunub ki, İsrail Ordusu Tehranda İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum edib, nəticədə bir neçə asayiş keşikçisi yaralanıb.
Kopyalandı
#İsrail-İran münaqişəsi teqi istifadə olunub
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- Gərginliyi alovlandıran məsələ: İran kütləvi zərbələrə məruz qalacaq? - Baku TV CANLI
- İsrailin əsas məqsədi nədir? | Netanyahu istəyinə çatacaq? - Baku TV
- İsrailin İran planı savaş riskini artırır | Netanyahudan diqqətçəkən mesaj - Baku TV
- İsrailin müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar - Baku TV CANLI
