7 illik hakimiyyət “çat” verdi | Səsvermənin nəticələri Ermənistanı silkələdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası Gümrü şəhər meriyasında keçirilən səsvermədə məğlub olub.
Müxalifətin namizədi Vardan Qukasyan bu gün Şəhər Şurasının ilk iclasında Gümrünün meri seçilib.
İclasda 4 müxalifət fraksiyası Vardan Qukasyanın namizədliyini dəstəklədiyini açıqladıqdan sonra hakim partiyanın namizədi Sarik Minasyanın seçilmək şansı qalmayıb. Nəticələri əvvəlcədən bilən “Vətəndaş Müqaviləsi”nin üzvləri iclasa qatılmayıblar.
Martın 30-da keçirilən növbədənkənar seçkilərin nəticələrinə əsasən, Şəhər Şurasının 33 mandatı aşağıdakı kimi bölünüb:
Sarik Minasyan (hakim partiya) – 14 mandat
Vardan Qukasyan (Kommunist Partiyası) – 8 mandat
Martun Qriqoryan (“Bizim şəhər” bloku) – 6 mandat
Ruben Mxitaryan (“Güclü cəmiyyət” bloku) – 3 mandat
Karen Simonyan (“Ana Ermənistan” bloku) – 2 mandat
Xatırladaq ki, bu, Baş nazir Nikol Paşinyanın partiyasının yeddi illik hakimiyyəti dönəmində Ermənistanda keçirilmiş bütün seçkilərdə ilk məğlubiyyətidir.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
