75 ölkə Trampın fərmanları ilə bağlı hərəkətə keçdi | Pekinin cavabı fayda vermədi?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Administrasiyası Çinlə ticarət qarşıdurmasının kəskinləşməsi fonunda bu ölkədən idxala 245 % rüsum tətbiq edə bilər.
Bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, Çinin cavab tədbirləri görməsi nəticəsində bu ölkədən ABŞ-yə idxala 245 %-ə qədər rüsum tətbiq edilməsi təhlükəsi yaranıb.
Qeyd olunub ki, aprel ayının əvvəlində Prezident Donald Tramp bütün ölkələrə qarşı 10 % həcmində rüsum və ABŞ-nin ən böyük ticarət kəsirinə malik olduğu dövlətlər üçün fərdi tariflər tətbiq edib. Prezident bu addımla oyunun şərtlərini bərabərləşdirmək və ABŞ-nin milli təhlükəsizliyini təmin etmək istəyib.
Ağ Evin iddiasına görə, artıq 75-dən çox ölkə vəziyyəti tənzimləmək və yeni ticarət sazişləri bağlamaq məqsədilə Vaşinqtonla danışıqlara başlayıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
