Abbas Ərağçını Rusiyaya aparan səbəb | ABŞ Ordusu Suriyanın Şərqinə hava zərbələri endirdi
Yeniliklərdən dərhal xəbərdar olun
İran Suriyaya qoşun göndərə bilər. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, Suriya hökuməti İrandan qoşun yeritməyi xahiş edərsə, Tehran bu tələbi nəzərə alacaq.
Bundan başqa, nazir bildirib ki, o, Suriyadakı hadisələri müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırır.
Abbas Əraqçi onu da qeyd edib ki, hazırda İran ABŞ ilə danışıqlara başlamaq niyyətində deyil.
“Belə bir dialoq üçün heç bir əsas yoxdur”, – deyə nazir əlavə edib.
Bu arada ABŞ Ordusu Suriyanın şərqinə hava zərbələri endirib. Məlumata görə, hücumlar Suriya Demokratik Qüvvələrinin Deyr əz-Zor Hərbi Şurası adlanan təşkilata dəstək məqsədilə həyata keçirilib.
Qeyd edək ki, Suriya Ordusunun əsgərləri ilə toqquşmalar Tabiat Cəzirə kəndi ərazisində baş verir.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
