Pleyeri seçin:
ABŞ Bağdadı yenidən hədəf aldı
Amerika Birləşmiş Ştatlarının aviasiya qüvvələri Bağdada hava zərbəsi endirib.
Məlumatı Birləşmiş Ştatların Mərkəzi Komandanlığı yayıb.
Bildirilib ki, hücum nəticəsində “Kətaib Hizbullah” qruplaşmasının komandiri Əbu Baqir əs-Saedi kimi tanınan Vissam Məhəmməd Sabir əs-Saedi öldürülüb.
Məlumata görə, o, regionda ABŞ qüvvələrinə hücumların birbaşa planlaşdırılması və hərbi bazaların məhv edilməsinə cavabdeh olub.
“Kətaib Hizbullah” qruplaşması da yerlı mediaya Vissam Məhəmməd Sabir əs-Saedinin ölümünü təsdiqləyib.
Qruplaşma nümayəndəsi bildirib ki, o, Bağdadın şərqindəki Əl-Məştələ bölgəsinə edilən PUA hücumu ilə öldürülüb. Zərbə nəticəsində Əbu Baqir əs-Saedi və onun iki yoldaşı həlak olub, bir nəfər isə yaralanıb.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib
- İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?
