Pleyeri seçin:

ABŞ Çinin Rusiyaya silah verdiyindən əmindir | Raketlər və pilotsuz təyyarələr..

15 aprel 2024 204 baxış

ABŞ Çinin Rusiyaya qanadlı raketlər və pilotsuz təyyarələr üçün mühərriklər, həmçinin ballistik raketlər üçün dəzgahlar verdiyinə əmindir.

Bu barədə məlumat “Financial Times”ın materialında yer alıb.

Qəzet yazır ki, Vaşinqton Avropanı tədarükləri dayandırmaq üçün Pekinə diplomatik və iqtisadi təzyiqi artırmağa çağırıb.

Materialda bildirilir ki, əvvəllər məxfiləşdirilmiş kəşfiyyat məlumatları ortaya qoyan ABŞ-nin yüksəkrütbəli rəsmiləri Çin və Rusiya qruplarının Rusiyada birgə pilotsuz uçan aparatlarının istehsalı üzərində çalışdıqlarını bildiriblər. Onlar həmçinin bildiriblər ki, keçən il Çin Rusiyaya tank, raket və təyyarə istehsalında istifadə edilən çiplərin idxalının 90 faizini təmin edib.

Rəsmilər əlavə ediblər ki, Çin Rusiyaya Ukraynadakı müharibədə kömək etmək üçün peyk və digər kosmik imkanlarını təkmilləşdirməklə yanaşı, peyk görüntülərini də təqdim edir.

MKİ-nin Çin üzrə keçmiş baş hərbi analitiki Dennis Vilder qeyd edib ki, açıqlama əvvəlki təxminləri üstələyir və Moskvaya Ukraynada müharibə aparmağa kömək etmək üçün Çin və Rusiya liderləri arasında razılaşdırılmış proqramı nümayiş etdirir.

ABŞ rəsmiləri bildiriblər ki, Çin iki ildən artıqdır Rusiyaya dəstəyini gücləndirir və Pekin texniki cəhətdən “ölümcül” yardım sayılmayan material təqdim etməklə hər hansı qırmızı xətti keçməkdən qaça biləcəyinə inanır. Bununla belə Çinin dəstəyi Rusiyaya müdafiə sənayesi bazasını bərpa etməyə və Qərbin sanksiyalarının və ixrac nəzarətinin təsirini azaltmağa kömək edir.

Belə ki, rəsmilər “Wuhan Global Sensor Technology”, “Wuhan Tongsheng Technology” və “Hikvision” daxil olmaqla bir neçə Çin qrupunun tanklar və zirehli maşınlar da daxil olmaqla Rusiya silah sistemlərində istifadə üçün optik komponentlər təmin etdiyini bildiriblər.

Onlar bildiriblər ki, Rusiya hərbi silah optiklərini “iRay Technology” və Şimali Çin Elektro-Optika Araşdırma İnstitutundan da alıb. Vaşinqton həmçinin Çinin ən böyük şirkətlərindən biri olan “Dalian Machine Tool Group”u Rusiyaya alətlər verməkdə ittiham edib.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 204 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 204 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 204 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 204 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 204 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 204 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 204 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 204 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 204 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 204 baxış
Seçilmişlər
icon