ABŞ Çinlə bu sazişin imzalanacağına ümid edir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ noyabrın sonuna qədər Çinlə nadir torpaq metalları üzrə yekun saziş imzalanacağına ümid edir.
Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News"a müsahibəsində deyib.
"Müqaviləni hələ yekunlaşdırmamışıq, lakin ümid edirik ki, Şükran Gününə qədər bunu həyata keçirəcəyik", ‒ deyə o bildirib.
Maliyyə naziri həmçinin Çinin saziş üzrə öhdəliklərinə əməl edəcəyinə əminliyini ifadə edib.
“Əgər etməsələr, bizim çoxlu təsir imkanlarımız var”, ‒ deyə amerikalı nazir söyləyib.
Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" mənbələrə istinadən xəbər verib ki, Çin Pentaqona bağlı şirkətlərə nadir torpaq metalları və bir sıra digər materialların tədarükünü məhdudlaşdıran yoxlanılmış son istifadəçi sistemi yaratmağı düşünür.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
