ABŞ-də doğulan hamı... | Trampın sərəncamını niyə ləğv etdilər?
ABŞ-nin Merilend ştatının federal məhkəməsinin hakimi Prezident Donald Trampın ABŞ-də doğulan uşaqların vətəndaşlıq hüquqlarını məhdudlaşdıran sərəncamına qarşı ümummilli hökm çıxarıb.
Hökmü Merilend Dairə Məhkəməsinin hakimi Debora Bordman elan edib. O əlavə edib ki, bu gün demək olar ki, ABŞ torpağında doğulan hər bir uşaq doğulduğu andan ABŞ vətəndaşıdır.
“Bu, 160 ildir ki, ölkəmizin qanunu və ənənəsidir. Donald Tramp isə buna son qoymağa çalışır. Bu qanun və ənənə qüvvədə qalır”, – deyə D.Bordman bildirib.
Qeyd edək ki, bu, D.Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran əmrinin ləğv edildiyi ikinci ABŞ məhkəməsidir.
Məlumat üçün bildirək ki, D.Tramp vəzifəyə gəldikdən dərhal sonra valideynləri vətəndaş və ya daimi sakin olmayan, lakin ABŞ-də doğulan uşaqlara vətəndaşlıq verilməsini qadağan edən sərəncam imzalayıb. O vaxtdan bəri əmrə etiraz edən ən azı altı iddia qaldırılıb.
#ABŞ teqi istifadə olunub
- "Mümkün qədər tez hazırlaşmalıyıq" | ABŞ Almaniyanı hərbi cəhətdən niyə gücləndirir? - Baku TV
- Vaşinqton hərbi güc tətbiqindən imtina edir
- Sensasiya | ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”nı işə salır - Baku TV
- ABŞ rəsmilərinin Omanda husi nümayəndələri ilə görüşdüyü barədə məlumat yayılıb
- ABŞ və İsrail ərəb ölkələri ilə hərbi koordinasiyanı artırır - Baku TV
