Pleyeri seçin:
ABŞ-də dördtərəfli görüş keçiriləcək | XİN rəsmiləri daha nələri müzakirə edəcək?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirlərinin müavinlərinin görüşü keçiriləcək.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.
Görüşdə ikitərəfli iqtisadi əlaqələr, regional və beynəlxalq məsələlər, o cümlədən Fələstin və Livan böhranı, habelə nüvə problemi ətrafında fikir mübadiləsi aparılacaq.
Bundan öncə Yaponiyanın “Kyodo” agentliyinin İran diplomatik mənbələrinə istinadən yaydığı məlumatda bildirilib ki, noyabrın 29-da İran Almaniya, Böyük Britaniya, Fransa və Avropa İttifaqı Tehranın nüvə proqramına dair müzakirə aparacaq.
Görüşdə 2015-ci ildə imzalanmış nüvə sazişinin bərpası yolları araşdırılacaq.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
