Pleyeri seçin:

ABŞ-də ev qiymətləri niyə bu qədər ucuzdur?

01 sentyabr 2023 702 baxış

Xarici ölkələrdə daşınmaz əmlakların, xüsusilə evlərin 1 dollar və ya 1 avroya satışı xəbərləri ilə tez-tez rastlaşırıq. Şübhəsiz ki, az qala havayı olan belə evlərə bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük maraq var.

Bəs evlər niyə bu qədər ucuz qiymətə satışa çıxarılır?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, göstərilən qiymət evin hərrac qiymətidir: “Daşınmaz əmlakı hərraca çıxaran şəxs onu satmaq və ya adından çıxarmaq istəyir. Bəzən əmlakı bağışlaya bilmir, çünki qanunvericiliyə əsasən, bunun üçün bağışladığı şəxslə vərəsə və ya qan qohumluğu olmalıdır. Kənar şəxslərə bağışlaya bilmədiyinə görə həmin evləri minimal qiymətə satışa çıxarırlar ki, istənilən simvolik qiymətə hərrac vasitəsilə satılsın”.

İqtisadçı Rəşad Həsənov isə dünya təcrübəsində daşınmaz əmlakın simvolik qiymətə satışının müxtəlif səbəbləri olduğunu deyir: “Bu kimi alqı-satqılar formal xarakter daşıyır. Bu, əslində, korrupsiya maraqlarına xidmət edir. Sadəcə satınalma kimi görünsə də, bu, əslində, hansısa bir tərəfin digər tərəfə rüşvət verməyi hesab olunur”.

Ekspert deyir ki, evlərin 1 dollara və ya 1 avroya satışı elanları bəzən aldadıcı xarakter daşıyır. Məqsəd alqı-satqı saytlarına girişi artırmaqdır. Bəzi hallarda isə bu qiymət hərraclarda başlanğıc qiymət olaraq müəyyən edilir. Nəticədə qiymətin aşağı olması hərraca müraciət edənlərin sayının çox olmasına, evin qiymətinin isə kəskin bahalaşmasına gətirib çıxarır. Bəzən belə əmlakların böyük miqdarda vergi və ipoteka borcu olsa da, elanda göstərilmir. Evi alacaq şəxsin bu borcları da ödəməsi nəzərdə tutulur.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 702 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 702 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 702 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 702 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 702 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 702 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 702 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 702 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 702 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 702 baxış
Seçilmişlər
icon