ABŞ-dən gələn təklifə İsraildən təcili reaksiya | Qəzzada nə baş verəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Doha danışıqlarında Qəzza zolağında 28 günlük atəşkəs və onlarla fələstinli məhbusla 8 girovun dəyişdirilməsini nəzərdə tutan atəşkəs üçün yeni format təklif edib.
Bildirilib ki, Börnsün təklifinə 4 həftəlik atəşkəs və 8 qadın və ya 50 yaşdan yuxarı kişi məhbusun İsrail həbsxanalarında saxlanılan onlarla fələstinli ilə dəyişdirilməsi daxildir.
Qeyd edilir ki, bu ssenari atəşkəs danışıqlarını son aylardakı çıxılmaz vəziyyətdən çıxara və daha əhatəli razılaşma üzrə danışıqlara keçməyə imkan verə bilər.
Bu arada, İsrail dörd girovun azad edilməsi müqabilində Qəzza zolağında iki günlük atəşkəs təklifi almayıb. Bunu ölkənin Baş naziri Benyamin Netanyahu deyib.
Baş nazirin ofisindən verilən açıqlamada isə bildirilib ki, belə bir təklif olsaydı, Baş nazir bunu dərhal qəbul edərdi.
Qeyd edək ki, oktyabrın 28-də Qətərin paytaxtı Dohada İsrail və HƏMAS arasında danışıqların yeni mərhələsi başlayıb. Bu, iki aydan çox fasilədən sonra ilk görüşdür. Burada ABŞ, İsrail və Qətərin yüksək səviyyəli nümayəndələri iştirak edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
