Pleyeri seçin:

ABŞ-dən "Hizbullah"a xəbərdarlıq | Ağ Ev kömək edəcək, yoxsa...

25 iyun 2024 392 baxış

İsrail-Livan sərhədində gərginlik hələ də davam edir. İsrail Müdafiə Ordusu bir sıra döyüş qüvvələrini və hərbi texnikasını Livanla sərhəd bölgəsinə köçürüb.

Tərəflər arasında baş verənlərə ABŞ də səssiz qalmayıb. Ölkə rəsmiləri “Hizbullah”ın liderlərinə xəbərdarlıq edib. Bildirilib ki, hərbi qruplaşma hücuma keçəcəyi təqdirdə ABŞ İsrailə özünü müdafiə etməyə kömək edəcək. Bu səbəbdən də “Hizbullah” Vaşinqtonun Təl-Əvivin müharibə ilə bağlı qərar qəbul etməsinə mane olmasını gözləməməlidir.

Eyni zamanda ABŞ rəsmiləri İran yönümlü HƏMAS kimi, lakin daha güclü və daha yaxşı silahlanmış bir qruplaşma ilə İsrail arasında baş verəcək müharibənin ciddi fəsadlar törədə biləcəyini də vurğulayıblar.

Ölkənin Dövlət Departamentinin sözçüsü Metyu Miller “Biz düşünürük ki, İsrail-Livan sərhədi boyunca münaqişənin diplomatik həlli olmalıdır. Çünki sərhəddə baş verənlər hər iki tərəfdən də onminlərlə ailənin evlərinə qayıtmasına mane olur” bəyanatı ilə çıxış edib.

Onu da qeyd edək ki, hazırda İsrailin müdafiə naziri Yoav Qallant ABŞ Prezidenti Cozef Baydenin köməkçiləri ilə danışıqlar aparmaq üçün Vaşinqtonda səfərdədir. Müzakirələrin İsrail-Livan sərhədindəki böhrana yönələcəyi güman edilir.

Xarici KİV-in yaydığı məlumata görə, nə “Hizbullah”, nə də İsrail tərəfi müharibə istəyir. Lakin hər gün müharibə ilə bağlı risk daha da artır. Bütün bunların fonunda, Vaşinqton Təl-Əvivə də xəbərdarlıq edib. Əgər tərəflər arasında irimiqyaslı müharibə başlayarsa, İsrailin müdafiəsi üçün yardım etmək prosesi də çətinləşə bilər. Bunun ən başlıca səbəbi “Hizbullah” hərbi qruplaşmasının coğrafi baxımdan İrana daha yaxın olmasıdır. Buna görə də potensial hücumlara qarşı daha sürətli cavabın verilməsi tələb olunur. 

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 392 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 392 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 392 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 392 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 392 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 392 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 392 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 392 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 392 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 392 baxış
Seçilmişlər
icon