ABŞ-dən Ukraynaya sərt çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatları Ukraynanı Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmağa çağırıb.
Bu barədə “Financial Times” nəşri məlumatlı mənbələrə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Vaşinqton ehtiyat edir ki, Rusiyanın neft emalı zavodlarına pilotsuz uçuş aparatlarının vurduğu zərbələr dünya bazarında neftin qiymətinin artmasına gətirib çıxara bilər. Həmçinin Moskvanı cavab tədbirləri görməyə təhrik edər.
“Financial Times” iddia edir ki, ABŞ administrasiyası bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yüksək vəzifəli məmurlarına dəfələrlə xəbərdarlıq edib. Hər iki qurum tammiqyaslı müharibə başlayandan bəri Rusiyanın hədəflərinə quruda, dənizdə və havada zərbələr endirmək üçün öz PUA proqramlarını davamlı olaraq genişləndirir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
